AZ

Yaponiya iqtisadiyyatında DURĞUNLUQ YARANIB

Yaponiya Nazirlər Kabinetinin məlumatlarına görə, ölkə ÜDM-i 2024-cü ildə cəmi 0,1% artıb. Bu, iqtisadi artımın 1,5% olduğu 2023-cü ildəki nəticədən xeyli pisdir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, iqtisadiyyatın həcmini cari qiymətlərlə ölçən nominal ümumi daxili məhsul 609,29 trilyon yen (4 trilyon dollar) təşkil edib. Yaponiya iqtisadiyyatı tarixində ilk dəfə olaraq 600 trilyon yen həddini keçib.

Yaponiya iqtisadiyyatı dördüncü rübdə illik müqayisədə 2,8 faiz artıb ki, bu da "Reuters" agentliyinin sorğusuna qatılan analitiklərin 1 faizlik artım proqnozunu xeyli üstələyib.

Ölkənin ÜDM artımı ardıcıl üçüncü rübdür ki, qeydə alınıb. Bununla belə, o, əsasən korporativ xərclər hesabına böyüyür, istehlakçı tələbinin artımı isə əvvəlki rübdəki 0,7%-dən 2024-cü ilin sonunda 0,1%-ə qədər yavaşlayıb. Bu, ölkədə real əmək haqqının artımının olmadığı şəraitdə malların bahalaşması (dekabrın sonunda istehlak qiymətləri indeksi illik müqayisədə 3,6% artıb) ilə izah olunur.

Yaponiyanın İqtisadiyyat naziri Ryosei Akazava ölkənin ÜDM-nin böyüməyə davam edəcəyini və tədricən bərpa olunacağını bildirib. Lakin ərzaq və digər gündəlik malların qiymətlərində davam edən artımın istehlak xərclərinə təsirini də nəzərə almaq lazımdır.

Seçilən
29
ikisahil.az

1Mənbələr