Rusiyanın Krasnodar diyarında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft nasos stansiyası PUA-nın hücumuna məruz qalıb və istismardan çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Neftin nəqli zədələnmiş stansiyadan yan keçməklə aşağı sürətlə vurulur.
CPC konsorsiumunun bütün beynəlxalq səhmdarlarını, o cümlədən ABŞ və Avropadan olan səhmdarları stansiyasıyaya hücumla bağlı xəbərdar edib.