Bakıda və Abşeron yarımadasında fevralın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Mia.az xəbər verir ki, səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.