Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Gecə temperaturu: 2-4° isti
Gündüz temperaturu: 5-7° isti
Atmosfer təzyiqi: 766 mm civə sütunu
Nisbi rütubət: gecə 70-80 %
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Gecə temperaturu: 1-5° isti
Gündüz temperaturu: 7-12° isti
Dağlıq rayonlarda gecə temperaturu: 3-8° şaxta
Gündüz temperaturu: 3° şaxtadan 2°-dək isti.