Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin yanvar ayında Qırğızıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz artaraq 5 milyon 438 min 91 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 30 milyon 955 min 496 dollar məbləğində kimyəvi maddə ixrac edib.
Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 7,6 faiz artaraq, 2 milyon 548 min 164 dollara bərabər olub.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabər olub.