AZ

Türkiyədən Özbəkistana sement ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin yanvar ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz azalaraq 577 min 92 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 4 milyon 309 min 220 dollar məbləğində sement ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1 faiz azalaraq, 319 min 85 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faiz azalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.

Seçilən
9
38
turkic.world

10Mənbələr