AZ

Tramp təsdiqlədi: Zelenskinin danışıqlarda iştirak edəcək

Ağ Ev rəhbəri Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqlarında iştirak edəcəyini bildirib.

XəzərNews.z xəbər verir ki, o, bu barədə Fox News-da bildirib.

Ukrayna liderinin danışıqlar prosesində iştirak edib-etməyəcəyi ilə bağlı suala o, müsbət cavab verib. Eyni zamanda, ABŞ prezidenti Zelenskinin danışıqlarda hansı formatda iştirak edəcəyini açıqlamayıb.

Trampın sözlərinə görə, Amerika nümayəndə heyəti Rusiya ilə Ukrayna arasında sülhə nail olmağın mümkün yollarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedəcək.

Tramp jurnalistlərlə söhbəti zamanı Putinlə “çox tezliklə” görüşə biləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukraynadakı müharibə ilə bağlı danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq.

Xəbər 2 dəfə oxunub.
Seçilən
72
50
xezernews.az

10Mənbələr