Stansiyaya hücum partlayıcı maddələrdən əlavə metal qəlpələri ilə doldurulmuş 7 PUA ilə həyata keçirilib. Stansiyanın işçiləri arasında itki olmayıb.
Xəzər Boru Kəməri Konsorsiumunun Kropotkinskaya Neft Nasos Stansiyası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumu məlumat yayıb.
Bildirilib ki, stansiya PUA hücumu nəticəsində istismardan çıxarılıb.
Qeyd olunub ki, stansiyaya hücum partlayıcı maddələrdən əlavə metal qəlpələri ilə doldurulmuş 7 PUA ilə həyata keçirilib. Stansiyanın işçiləri arasında itki olmayıb.