AZ

42 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs arvadıdır

Şəmkir sakini bıçaqlanıb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində baş verib.

Kənd sakini 1983-cü il təvəllüdlü Namaz Cəfərov bıçaqlanıb. Hadisəni törətməkdə onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Aynurə Cəfərova şübhəli bilinir.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən kişi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
3
qafqazinfo.az

4Mənbələr