AZ

Trampın şirkəti ili 400 milyon dollar zərərlə başa vurdu


“Truth Social” sosial şəbəkəsinin sahibi “Trump Media & Technology Group” 2024-cü ildə 400,9 milyon dollarlıq rekord xalis zərər edib ki, bu da əvvəlki illə müqayisədə demək olar ki, yeddi dəfə (58,2 milyon dollar) çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın maliyyə hesabatında deyilir.
Hesabatda şirkət performansın pisləşməsini Bayden administrasiyası nəzdində Qiymətli Kağızlar Birjası Komissiyası tərəfindən bloklanan “Digital World Acquisition Corp.” ilə birləşməsindən yaranan hüquqi xərclərlə əlaqələndirib.
Satışların 12% (3,6 milyon dollara qədər) azalmasına reklam partnyoru ilə müqaviləyə yenidən baxılması da təsir edib.
“Trump Media” diqqəti strateji inkişafdan yayındırmaq riskini əsas gətirərək, aylıq auditoriya və istifadəçiyə düşən gəlir kimi əsas göstəriciləri açıqlamayıb.
Qeyd edək ki, Donald Trampın seçki kampaniyası fonunda 2024-cü ildə səhmlərin bahalaşmasına baxmayaraq, 2025-ci ilin əvvəlindən səhmlər 11% ucuzlaşıb.
Seçilən
15
yeniavaz.com

1Mənbələr