Rusiyanın əsas taxılçılıq əyaləti olan Rostov vilayətinin qubernatorunun müavini və kənd təsərrüfatı naziri Konstantin Raçalovski hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə "TASS" dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Raçalovski səlahiyyətlərini aşmaqda ittiham edilib və nəticədə büdcəyə təxminən 156 milyon rubl (1,70 milyon dollar) ziyan vurduğu deyilir.
Qeyd edək ki, Rostov Rusiyanın ən çox taxıl istehsal edən bölgəsidir və bütün Rusiya taxılının təxminən 11%-ni yığır.