Ağ Ev rəhbəri Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqlarında iştirak edəcəyini deyib. Lakin ABŞ prezidenti Zelenskinin danışıqlarda hansı formatda iştirak edəcəyini açıqlamayıb.
Trampın sözlərinə görə, Amerika nümayəndə heyəti Rusiya ilə Ukrayna arasında sülhə nail olmağın mümkün yollarını müzakirə etmək üçün Rusiya nümayəndələri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına gedəcək.
Rusiya ilə NATO arasında müharibə ehtimalına inanıb-inanmadığı ilə bağlı suala o, “heç razı olmadığını” deyib. O hesab edir ki, Rusiyanın prezidenti Vladimir Putin guya Ukraynada döyüşlərə son qoymağa çalışır və Zelenski də bunu edir.
“Reuters”in xəbər verdiyi kimi, Tramp jurnalistlərlə söhbəti zamanı Putinlə “çox tezliklə” görüşə biləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukraynadakı müharibə ilə bağlı danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanında keçiriləcək.
//Samir Qurbanov, Editor.az