AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və qurumun baş katibi Cahangir Fərəcullayev bu gün Nazim Süleymanovla görüşüblər.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan millisinin əfsanəvi futbolçusu Nazim Süleymanovun 60 yaşı tamam olur.
AFFA rəhbərliyi məhz bu münasibətlə Nazim Süleymanovu qəbul edib. Sərxan Hacıyevlə Cahangir Fərəcullayev sabiq futbolçunu 60 illik yubileyi münasibətilə təbrik ediblər, ona cansağlığı və uğurlar arzulayıblar.
Veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.