Oğuz rayonunda 1954-cü il təvəllüdlü Zaur qohumunun yetkinlik yaşına çatmayan iki qızı – Nəcibə və Cəmaləyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini Zaur 2023-cü ilin iyul ayında arvadı Sonanın anasının ölümünün ildönümü ilə əlaqədar onun qardaşı oğlu Telmana məxsus Oğuz rayonunun kəndində yerləşən evində qonaq qalıb. İyulun 30-da saat 18 radələrində Telmanın övladı 2013-cü il təvəllüdlü Nəcibəni evin həyətində tək görüb.
Zaur azyaşlıya seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib. Onu müxtəlif bəhanələrlə aldadıb və həyətdəki yarımtikiliyə aparıb. Azyaşlının qışqırmaması üçün əli ilə ağzından tutaraq qucağına götürüb, seksual hərəkətlər edib.
Ertəsi günü yenə də həmin evdə Telmanın digər yetkinlik yaşına çatmayan övladı Cəmalənin həyətdə tək olduğunu görüb, ona qarşı da iyrənc hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Telman onun arvadı Sonanın qardaşı oğludur və onun yaşadığı Oğuz rayonunun kəndinə gedib-gəliblər: “Telmanın evində qaldığım zaman onun Nəcibə və Cəmalə adlı qızlarına qarşı seksual xarakterli hərəkətlər etmək istəmişəm.
2023-cü il iyul ayının sonlarında arvadım Sona ilə birlikdə onun anasının yas mərasimində iştirak etmək üçün Oğuz rayonuna getdik. İyulun 30-da saat 18 radələrində Telmana məxsus evin həyətində olarkən gördüm ki, Nəcibə həyətdə təkdir.Ona seksual xarakterli hərəkətlər etmək istəyim yarandı. Yaxınlaşaraq onu həyətdə olan yarımçıq tikiliyə apardım.
Nəcibəni oraya aparmaq üçün əzizlədim, gözəl, ağıllı qız olduğunu dedim. Ona oyuncaq alacağımı bildirdim. Nəcibəni qucağıma alaraq yarımçıq tikiliyə daxil oldum. Bizi heç kimin görmədiyinə əmin olduqdan sonra bir əlimlə Nəcibənin ağzını tutdum, digər əlimlə seksual hərəkətlər etdim. Nəcibə müqavimət göstərdiyini gördükdə isə istədiyim həzzi aldıqdan sonra hərəkətlərimi dayandırdım.
Nəcibəyə baş verənlər barədə heç kimə heç nə deməməsini, bunun əvəzində ona oyuncaq alacağımı bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 31-də saat 18 radələrində Telmanın digər qızı Cəmalənin tək olduğunu görüb və yenə ehtiras hissi oyanıb: “Yaxınlaşıb onu qucağıma götürdüm, oyuncaq alacağımı vəd verərək evin həyətində olan fındıq bağına tərəf apardım.