Mərkəzi Klinikada komaya düşən Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılov bu gün vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə onun gəlini, tanınmış jurnalist Sevil Nuriyeva məlumat yayıb: "Atam qədər sevdiyim, atam kimi əziz bildiyim, mənə Etimadın yadigarı olan İlyas İsmayılovu itirdik. Allah ruhunu şad etsin. Sevimli balasına qovuşacaq, onunla birlikdə yeri Cənnət olsun...".
Allah rəhmət eləsin!