Bakı, 17 fevral, AZƏRTAC
Misirin paytaxtında binanın uçması nəticəsində 10 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, daha bir neçə nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Hadisə yerinə təcili yardım briqadası göndərilib.
Şahidlərin verdiyi məlumata görə, qəzaya qaz balonunun partlaması səbəb olub.
Polis araşdırmalara başlayıb.