AZ

“Azərbaycan Dəmir Yolları”nda yeni təyinatlar olub - FOTO

 

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar olub.

ADY-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.

Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.

 

Seçilən
43
8
operativmm.az

10Mənbələr