Bakı. Trend:
Ötən həftə Amerikada həm İstehlak Qiymətləriİndeksinin, həm də İstehsal Qiymətləri İndeksinin proqnozlarınüzərində açıqlansa da, Amerika prezidenti Donalt Trampın YaxınŞərqdə gərginliyin artmasına səbəb olan təhdidləri fonundainvestorların dollara ola olan etimadı sarsıldı. ABŞ-ın növbətimünaqişənin iştirakçısı olma ehtimallarının yüksəlməsi dollarüzərində də təzyiqləri artırdı. Belə ki, Ötən həftəyə 1.02890 və1.23700 hədlərinda start verən EURUSD, GBPUSD müvafiq olaraq1.05140 və 1.25860 səviyyələrinə kimi bahalaşdılar. “Güvənli liman”maliyyə alətləri olan qızıl, İsveçrə frankı və Yapon yeni də dollarqarşısında gücləniblər. USDCHF və USDJPY məzənnələri geriləyərəkötən həftəni 152.320 yen və 0.89970 frank hədlərində baça vurublar.Qızıl ötən həftədə də ard-arda rekord yeniləməklə həftəyə damğasınıvurdu. “Sarı metal” 2942.70$-a kimi yüksələrək tariximaksimumlarını növbəti dəfə yenilədəkdən sonra, bir qədər gerilədivə həftəlik şamını 2885$ həddində tamamladı.
Bu həftə bütün bazar iştirakçıları Amerika prezidentiDonald Trampın həftənin çərşəmbə gününə planlaşdırılan çıxışınafokuslanıblar. “Mister Təhdid”-in bu dəfə kimlər və nə ilə təhdidedəcəyi bu həftənin əsas kilid nöqtəsidir.
Cari həftə ərzində Avstraliyadan, Yeni Zelandiyadan vəTürkiyə Cümhuriyyətindən gələcək faiz qərarları, Böyük Britaniyadavə Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPİ) vəİstehlak Qiymətlərinin Baza İndeksi (Core CPİ) və İstehsalQiymətləri İndeksi (PPİ) göstəriciləri birjaların diqqət mərkəzindəolacaq.
İnvestorlar çərşənbə axşamı çıxış edəcək İngiltərəMərkəzi Bankının (BoE) sədri Endryu Beylinin açıqlamalarındatənzimləyici qurumun monetar siyasətinin gələcəyinə dair ipuclarıaxtaracaqlar.
Bu həftə ərzində, həmçinin, Avrozonada, Almaniyada,İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, KompozitBiznes Aktivliyi İndeksi, Amerikada isə Filadelfiya FED-dən BiznesAktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimiönəmli isqtisadi göstəricilər və “FOMC”-un son toplantısınınprotokolları dərc olunacaq.
EUR
Ötən həftəni 1.04920 səviyyəsində başa vuran EURUSDməzənnəsi cari həftəyə enişlə start verdi və hazırda, 1.04858səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada və Almaniyadaaçıqlanacaq PMİ və ZEW Hesabatları avronun dünya birjalarındakıqiymətlərinə yön verə bilər.
“Buğalar” qiyməti 1.06$ həddinin üzərinə yüksəldə vəburada qoruyub saxlaya bilsələr, eniş tendensiyası artım trendi iləəvəzlənə bilər.
GBP
Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSDməzənnəsi hazırda 1.25900 səviyyəsində ticarət olunur. “Buğalar”qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr,funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davamedə bilər.
Bu həftə isə İngiltərədə dərc olunacaq əmək bazarıhesabatı, həmçinin, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi,Kompozit Biznes Aktivliyi İndeksi kimi iqtisadi-statistik rəqəmlərfuntun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAUUSD
Qızıl ötən həftə 28942.70$-a kimi yüksələrək tariximaksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2885$-a kimigeriləyib.
Hazırda, 2901$-dan təklif olunan “sarı metal”,investorların Amerika prezidentinin Yaxın Şərqi hədəf alantəhdidləri və ticarət tərəfdaşlarına yönəlmiş tarif siyasətinin həmqlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dairqorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq roluüstlənib. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.