
Azad olunan ərazilərdə fevralın 10-dan 16-dək 51 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 306 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 935.6 hektar ərazi minalardan təmizlənib.