AZ

"Kapitalbank"dan oğurluq niyə artıb? - Daha bir tanınmış şəxs "dad çəkir", bəs bankın təhlükəsizlik sisteminə kim cavabdehdir?

Tanınmış jurnalist İntiqam Valehoğlu son aylar  Kapitalbank" kartlarından və ona bağlı "Birbank" proqramlarındakı təhlükəsizlik boşluqlarına görə artan pul oğurluq halları ilə bağlı əhaliyə çağırış edib.

Mia.az xəbər verir ki, jurnalist kartından 50 manat pulun oğurlandığını bildirib. Əlavə edib ki, kart hesabında qalan digər vəsaiti isə nağdlaşdıra bilməyib.

Mia.az onu da xatırladır ki, "Kapitalbank"da tez-tez baş verən belə oğurluq hallları bu banka inamı böyük ölçüdə itirib. Artıq sıravi insanlarla yanaşı, nüfuzlu şəxslər də bu bankdan imtina etməyə başlayıblar.

Hətta az əvvəl hüquqşünas Əkrəm Həsənov da bu bankdan imtinaya çağırış edib. O bildirib ki, məhkəmələr belə, bu bank vasitəsiylə ödənilən rüsumları qəbul etmir...

Mia.az kiçik araşdırma ilə müəyyən edib ki, bu bankın təhlükəsizlik departamentinə azərbaycanlı deyil, əcnəbi, daha doğrusu, xarici ölkə vətəndaşı rəhbərlik edir. Sual olunur, niyə?

Samir Musayev

Mia.az

Seçilən
29
8
mia.az

9Mənbələr