AZ

Qazaxda sinif otağının tavanı çöküb: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər

Fevralın 17-də Qazax şəhər Səməd Vurğun adına iki nömrəli tam orta ümumtəhsil məktəbinin birinci sinfində otağın tavanı çöküb...

Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi" qəzetinə Qazax-Tovuz Regional Təhsil İdarəsindən açıqlama verilib.

Bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır.

Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.

Poliqon.info

Seçilən
15
9
poliqon.info

10Mənbələr