AZ

Fazil Mustafaya sui-qəsd cəhdində təqsirləndirilən şəxslərlə bağlı qərar verilib

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət prosesinin tərəflərinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin şikayəti təmin olunmayıb.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sui-qəsd cəhdində təqsirləndirilənlər - Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2023-cü ilin martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd edilib.

Seçilən
26
11
aznews.az

10Mənbələr