1994-cü ildə Birinci Qarabağ müharibəsinin gedişində erməni silahlı birləşmələrinə əsir düşən və 1 ilə yaxın əsirlikdə qaldıqdan sonra qaçaraq xilas olmağı bacaran Famil Əliyev vəfat edib.
Gundem.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
343 gün erməni əsirliyində qalan “Fedya” ləqəbli keçmiş döyüşçünün xəstəlik səbəbindən vəfat etdiyi qeyd olunur.