AZ

Peskov: "Ər-Riyadda Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü müzakirə ediləcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüblər. Görüş Moskva və Vaşinqton arasında münasibətlərin bərpasına həsr olunacaq".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Bu gün Prezident Vladimir Putinin tapşırığı ilə xarici işlər naziri Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada yola düşürlər. Gözlənilir ki, çərşənbə axşamı onlar Ər-Riyadda amerikalı həmkarları ilə görüş keçirəcəklər. Görüş ilk növbədə Rusiya-ABŞ münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq", - deyə Kremlin nümayəndəsi bildirib.
Peskovun sözlərinə görə, Rusiya XİN rəhbəri və prezidentin köməkçisi Ər-Riyadda ABŞ nümayəndələri ilə iki ölkə arasındakı münasibətlərlə yanaşı, Ukrayna məsələsinin nizamlanması üzrə mümkün danışıqlara, həmçinin Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşünə hazırlığı da müzakirə edəcəklər.
Xatırladaq ki, bundan əvvəl NBC telekanalı iki amerikalı rəsmiyə istinadla xəbər vermişdi ki, Ağ Ev Rusiya və Ukrayna ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli danışıqlar keçirməyi planlaşdırır.
Seçilən
63
50
oxu.az

10Mənbələr