AZ

"Füzuli müəllimə tam şəkildə inanırıq" -"Mingəçevir"in İdarə Heyətinin sədri

Birinci Liqanın turnir cədvəlinin son pilləsində qərarlaşan "Mingəçevir" hazırda sözügedən çempionatdakı yerini qorumaq uğrunda mübarizə aparır. Bu qış baş məşqçi postuna gətirilən Füzuli Məmmədovun rəhbərliyi altında 3 matça çıxan "işıqçılar" 2 heç-heçə və 1 yenilgi ilə yadda qalıb. Hələ qələbə qazana bilməyən komandanın daxilində müxtəlif poblemlərin olduğu, məşqçiər korpusu ilə bəzi oyunçular arasında ciddi narazılıqlar yaşandığı barədə məlumatlara rast gəlirik. Klubun İdarə Heyətinin sədri Nurlan Əhmədovla əlaqə saxlayıb mövcud vəziyyətlə maraqlandıq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Komandamız haqqında yazılanlar həqiqəti əks etdirmir. Bunlar komandaya atılan iftiralardır. Biz "Mingəçevir" olaraq məqsədimizə çatmaq və azarkeşlərimizi sevindirmək üçün fəaliyyətimizi davam etdiririk.

Onu da qeyd etmək istəyirəm ki, biz baş məşqçimiz Füzuli müəllimə tam şəkildə inanırıq. Onun rəhbərliyi altında komandamızın uğurlu çıxış edəcəyinə əminik. Bu səbəbdən də yayılan əsassız iddialara inanmamağı tövsiyə edirik".

Mirağa

Seçilən
28
fanat.az

1Mənbələr