AZ

Qaxariya “yumurta hücumuna” məruz qaldı – Video

Gürcüstanın keçmiş baş naziri, müxalifətdə olan Gürcüstan Naminə Partiyasının lideri Georgi Qaxariya Tiflis hava limanında “yumurta hücumu”na məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, insident siyasətçinin fevralın 14-dən 16-dək keçirilən Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verib.

İnternetdə yayımlanan görüntülərdə naməlum şəxslərin respublikanın keçmiş baş nazirinə bir neçə yumurta atması, daha sonra isə onun başqa istiqamətə getməsi əks olunub.

Seçilən
21
2
axar.az

3Mənbələr