Bakı,TurkicWorld
Rusiyada məhkəmə YouTube-da videoya girişi bloklamadığına görə Google-u 3,8 milyon rubl (təxminən 42 min dollar) cərimələyib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Google-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Məhkəmə Rusiya əsgərləri üçün “təslim olma üsulları”nın yer aldığı videoya girişin YouTube-da bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və Google-a 3,8 milyon rubl cərimə kəsilməsinə qərar verib.
Qeyd edək ki, Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi və Rusiyada da YouTube-a giriş bloklanmışdı.