AZ

Zəlzələyə hazırlıq başladı

Seysmik aktivliyə görə Yunanıstanın Santorini adasında gəmilərin fövqəladə vəziyyətdə istifadə etməsi üçün xüsusi liman inşa ediləcək. 

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias ANT1 televiziya kanalına verdiyi açıqlamada belə deyib. O bildirib ki, böyük zəlzələ olacağı təqdirdə Santorini əhalisi sahil bölgələrindən uzaqlaşmalı və köçməlidir. 

Kikilias qeyd edib ki, Baş nazir Kiriakos Mitsotakis ilə görüşdükdən sonra Yunanıstan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində hazırda adada tikilən böyük limandan əlavə, zəlzələ zamanı istifadə olunacaq xüsusi liman inşa etmək qərarına gəliblər. Kikilias Egeydə dənizaltı vulkanik ərazinin çox olduğunu və bölgədəki son maqma hərəkətlərinin mütəxəssislər tərəfindən izləndiyini bildirib. 

Seçilən
35
cebheinfo.az

1Mənbələr