AZ

Yadullayev: “Komandanı qısa müddətdə toparlaya bildik”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev İran yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə təşkil edilmiş İnkişaf Kubokunda bu gün İran yığması ilə qarşılaşmış U-17 millimiz 1:0 hesabı ilə qalib gəlib.

Matçdan sonra İlham Yadullayev AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Dünən keçirdiyimiz ilk oyunda güclü Rusiya (0:3) millisi ilə qarşılaşdıq. Uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar. Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi. Yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük. Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur. Yeni heyət qururuq, yeni futbolçulara baxırıq. İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə öz əksini tapdı. Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm”.

Xatırladaq ki, U-17 millimiz qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.

Seçilən
42
2
arena.az

3Mənbələr