AZ

Afət Telmanqızının evi qarət olundu

Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızının evi qarət olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.

Jurnalistin sözlərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatından və ailəsi ilə Xankəndi şəhərinə köçəndən sonra mənzilinin kirayə elanını verib:

"Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib, bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvarın 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib.

Nəhayət, pul ödəmədən, evi qarət edərək, yanvarın 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə videogörüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub (Kompüter, planşet, telefon və s.)".


Telegram kanalımız
Seçilən
11
12
yenisabah.az

10Mənbələr