Azərbaycanda nazirlik əməkdaşı özünü güllələdi
Beyləqanda güllələnmə hadisəsi baş verib. Manset.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb. M.Bayramov Bakı şəhərində yaşayır, Kənd Təsərrüfatı Nazirliyində çalışırmış. O, Beyləqana qardaşının evinə qonaq gedibmiş. Ailəli olub, iki övladı var. Fakt araşdırılır.