AZ

Qəzəb doğuran hadisə: 14 eşşək öldürüldü!


Şimali Kipr Türk Cümhuriyyətinin adasının simvollarından biri olan 14 vəhşi eşşəyin Kərpaz bölgəsində güllələnərək öldürüldüyü aşkarlanıb.

Sherg.az xəbər verir ki, eşşəklərin yaxın məsafədən ov tüfəngi ilə vurularaq öldürüldüyü bildirilib.

Açıqlamada heyvanların zorakılıq nəticəsində öldürüldüyü, hamilə bir heyvanın da doğum etmək istəyərkən öldürüldüyü bildirilib. Eşşəkləri kimin öldürdüyü araşdırılır.

Prezident Ersin Tatar ölkədə hiddətə səbəb olan hadisə ilə bağlı açıqlama verib. O, hadisəni törədənlərin polis tərəfindən tez bir zamanda müəyyən edilərək məsuliyyətə cəlb ediləcəyini bildirib.

Tatar “Bu iyrənc hadisə hər bir vicdanlı insanda olduğu kimi mənim də ürəyimi parçaladı” deyərək  qəzəbini istifadə edib.



Seçilən
29
sherg.az

1Mənbələr