“Google”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

İndex.az xəbər verir ki, məhkəmə Rusiya əsgərləri üçün “təslim olma üsulları”nın yer aldığı videoya girişin “YouTube”da bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və “Google”a 3,8 milyon rubl (42 min dollar) cərimə kəsilməsinə qərar verib.

Qeyd edək ki, “Google” əvvəllər də analoji səbəblərə görə cərimələnib, Rusiyada da “YouTube”a giriş bloklanıb.