AZ

Bu ölkədə zəlzələ səbəbindən məktəblər bağlandı

  Egey dənizində həftələrdir ki, seysmik aktivliyə görə həyəcan siqnalı davam edir.

Bununla bağlı Yunanıstanın baş naziri Kiryakos Miçotakis sosial media hesabından açıqlama verib.

O, seysmik aktivlikdən təsirlənən Egey dənizindəki Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında məktəblərin gələn həftə bağlı qalacağını açıqlayıb.

Seysmik aktivliyə görə fövqəladə vəziyyət elan edilən bu 4 adada son 2 həftə eyni səbəbdən təhsil dayandırılıb.

Xatırladaq ki, Yunanıstan sahillərində həftələrdir zəlzələ ilə bağlı xəbərdarlıqlar edilir.//publika.az


Seçilən
4
1
referans.az

2Mənbələr