AZ

AFFA 1-ci liqa klublarını cərimələdi

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda 1-ci liqanın 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində “Qəbələ”nin məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimə edilib.

Eyni matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.

“Zaqatala” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” 70 manat cərimələnib.

Seçilən
60
4
teleqraf.com

4Mənbələr