Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gələcək.
İNFOAZ.WS-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
Səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.