AZ

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

1992-ci il fevralın 17-si Xocavənd rayonunun Qaradağlı kəndinin tarixinə qanlı hərflərlə yazılıb. Həmin gün erməni silahlı birləşmələri tərəfindən işğal edilən kənd tamamilə dağıdılıb, dinc əhaliyə, uşaqlara, qadınlara və qocalara amansız divan tutulub.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qaradağlı kəndinin sakini Cavay Hüseynov deyib.

“Biz hər il fevralın 17-də Qaradağlı faciəsi qurbanlarını dərin kədərlə anırıq. Bu gün biz həm də sevinirik ki, Qaradağlı faciəsi qurbanlarının, şəhidlərin qisası alınıb. Bütün torpaqlarımız işğaldan azad edilib. Bizə qələbə sevinci yaşatdığına, torpaqlarımızı işğaldan azad etdiyinə görə Ali Baş Komandana, Azərbaycan Ordusuna öz minnətdarlığımı bildirirəm”, – deyə kənd sakini əlavə edib.

Seçilən
18
1
herbiand.az

2Mənbələr