AZ

Azərbaycan əhalisinin sayı ARTIB

2024-cü ildə ölkə əhalisinin sayı 44 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 224 889 nəfərə çatıb.

Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.

 

Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi LənkəranAstara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi MilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub.

Seçilən
22
8
day.az

9Mənbələr