Rusiya müharibənin 1090-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 43 699 PUA-sı, 594 zenit-raket kompleksi, 21 488 tank və digər zirehli texnikası, 1 517 reaktiv yaylım atəş sistemi, 21 793 artilleriya və minaatanı, 31 750 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.