AZ

Bakının hansı küçələrində sıxlıq var?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının yollarındakı vəziyyətlə bağlı növbəti məlumatı yayıb.

KONKRET.az paytaxtda sıxlıq olan küçələrin siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

9. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

16. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

17. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

19. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

20. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
67
49
konkret.az

10Mənbələr