2025-ci ilin yanvar ayında Azərbaycandan 60 milyon 487.7 min ABŞ dolları dəyərində 58 min 72.5 ton meyvə-tərəvəz ixrac edilib.
Viral.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 10.8% və ya 5.9 milyon ABŞ dolları, həcmi isə 17% və ya 8466 ton artıb. 2024-cü ilin yanvar ayında Azərbaycandan 54 milyon 611 min dollar dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edib.
Ötən ay meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.99%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.61%-ə bərabər olub.
Son Yazılar:
- Azərbaycanın meyvə-tərəvəz ixracından əldə etdiyi gəlir AÇIQLANDI
- Sahibə Qafarova Nasir Al-Maavali ilə görüşdü
- Nikahların sayı azalıb – AÇIQLAMA
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 14 milyon 714 min ABŞ dolları dəyərində tomat (13 040 ton), 14 milyon 45.4 min ABŞ dolları dəyərində meşə fındığı (2 024 ton), 19 milyon 292 min ABŞ dolları dəyərində xurma (26 113 ton), 6 milyon 858 min ABŞ dolları dəyərində alma (10 705 ton ), 2 milyon 14 min ABŞ dolları dəyərində nar (2 278 ton) və 33.9 min ABŞ dolları dəyərində kartof (113 ton) olub.
Xatırladaq ki,2024-cü ildə Azərbaycandan 707 milyon 795 min ABŞ dolları dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.