“Fənərbaxça” transferlə bağlı işləri davam etdirir. Metbuat.az xəbər verir ki, Taliska və Milan Şriynar kimi dünya ulduzlarını heyətinə qatan klubun yeni hədəfi “Kristal Pelas”ın ulduz futbolçusudur. Türkiyə mediasının məlumatına görə, məşqçi Joze Mourinyo cinah müdafiəçisi Tayrik Mitçelin transfer edilməsi barədə təlimat verib. Bildirilir ki, transfer mövsümün sonunda reallaşa bilər. “Fənərbaxça”nın həm futbolçu, həm də onun klubu ilə danışıqlar apardığı deyilir. Danışıqların məhsuldar olduğu irəli sürülüb. Məlumata görə, transfer 20-25 milyon avroya reallaşa bilər. İddia edilir ki, “Fənərbaxça” transferi mövsümün fasiləsində reallaşdırmağa çalışsa da, futbolçu mövsümün fasiləsində klubundan ayrılmaq istəməyib. Qeyd edək ki, bu mövsüm 29 matçda iştirak edən futbolçu 3 məhsuldar ötürmə edib.