AZ

Nəhayət ki, ETN-nin Yüksək Texnologiyalar Parkı "xodlanmaq" istəyir

Bu gün YTP ilə aparıcı ali təhsil müəssisələri arasında Anlaşma Sazişi imzalanıb.
Bununla da 2026-cı ildən etibarən BDU, AzTU və ADNSU-nin seçilmiş SABAH qrupları proqramları YTP ərazisində qurulacaq “SABAH.city” innovasiya şəhərciyində tədris ediləcək.

Xatırladıram ki, YTP və SABAH.HUB innovasiyalar mərkəzi Xətai rayonu ərazisində, Ağ Şəhərin yaxınlığında 20 hektarlıq bir ərazidə nəhəng bir texnoparkın- SABAH.city innovasiya şəhərciyinin salınmasını planlayıb. Xeyli müddətdir ki, bu istiqamətdə işlər aparılırdı.
Ötən ilki TİF-də bununla bağlı təqdimat olmuşdu.

SABAH.HUB ekosistemdə xeyli oturuşa bilibsə də, YTP haqqında bunu demək doğru olmazdı, bu qurum ekosistemdə hələlik öz yerini formalaşdıra bilməyib, ciddi layihələri və töhfələri gözə dəymir.
Əvvəllər AMEA tabeliyində olan YTP 2022-ci ildən ETN tabeliyinə keçib.

Yeri gəlmişkən, SABAH.HUB həm də 25 milyonluq bir SABAH Fondunun formalaşdırılacağını elan edib.

SABAH.city Azərbaycanın bütün startap və innovasiya ekosistemini, ofis məkanları və kovorkinq mərkəzlərini, tədqiqatlar və araşdırma mərkəzlərini, universitetləri və elmi-tədqiqat institularını fiziki olaraq əhatə edən bir innovativ infrastruktur qurmağı hədəfləyib.

Düşünürəm ki, bu layihənin reallaşması ilə universitet-biznes əlaqələri güclənəcək, tələbələrin əmək bazarına hazırlanması təkmilləşəcək, startap və innovasiya ekosistemin inkişafına da bir təkan veriləcək.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti

Demokratikmusavat.com 

 
 
 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
61
31
Demokratikmusavat.com

10Mənbələr