BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima bildirib ki, ABŞ-ın xarici yardımları dayandırması dağıdıcı QİÇS böhranına səbəb ola bilər.
SİA-nın məlumatına görə, ABŞ prezidenti Donald Trampın QİÇS-lə Mübarizə Fövqəladə Planı da daxil olmaqla xarici yardımları 90 gün müddətinə dondurmasından sonra milyonlarla insan müalicə şansını itirmək riski ilə üzləşib. BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramı beş il ərzində 6,3 milyon insanın öləcəyini proqnozlaşdırır.Bu səbəbdən Afrikadakı klinikaların bağlandığı bildirilir. Liderlər həll yolları axtarsa da, borclar hərəkətə keçməlәrinә mane olur.