Türkiyədə Səlcuq Universitetində silahlı insident baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Bakı vaxtilə saat 16.00-da Səlcuq Universiteti Sağlamlıq Elmləri Fakültəsinin dekan müavini Müjdat Yeşildalı güllələnib.
Məlumata görə, dekan müavinini güllələyən tələbə daha sonra elə həmin silahla intihara cəhd edib: "Hadisə zamanı xəsarət alan dekan müavini və tələbə xəstəxanaya çatırılıblar".
Tahir Şəlvəli
MİA.AZ