Bakı. Trend:
Xəbər verildiyi kimi, fevralın 17-də Ermənistanvətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsininsülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habeləterrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağırcinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayətişi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, AnarRzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıqməhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilənşəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsiüçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varislərivə nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.
Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittihamolunur.