Rusiya və ABŞ arasında Ər-Riyadda danışıqlar ikitərəfli olacaq.
Viral.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında Ər-Riyadda keçiriləcək danışıqlarda söhbət Ukrayna üzrə danışıqlara necə başlamaq barədə razılığa gəlməkdən gedir.
Son Yazılar:
- Ər-Riyadda danışıqlar ikitərəfli olacaq – Putinin köməkçisi
- Özcan Deniz infarkt KEÇİRDİ
- Makron Trampla telefon danışığı APARDI
Uşakov Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin Ər-Riyadda Rusiya nümayəndə heyətinə qoşula biləcəyini də vurğulayıb.
Qeyd edək ki, bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ ilə danışıqlar aparmaq Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun bu gün Ər-Riyada səfər edəcəyini açıqlayıb.