“Barselona” “Atletik”dən ispan vinger Niko Uilyamsı transfer etmək fikrindən daşınıb.
Publika.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu qərar iki səbəbdən verilib: 22 yaşlı futbolçunun cari mövsümdəki zəif çıxışı və braziliyalı Rafinyanın öz mövqeyində əla oyunu.
Qeyd edilir ki, Uilyamsın transferi Lamin Yamalın arzusu idi.