AZ

Avropanın ən çox axtarılan narkobaronu öldürüldü

Avropanın ən çox axtarılan narkotik taciri Meksikada öz ölümünə gedib.

Ötən ilin oktyabrında Europoldan yayınmaq üçün öz ölümünü saxtalaşdıran hollandiyalı qaçaqmalçı Marko Ebben uydurma ölüm ssenarisi ilə səlahiyyətliləri çaşdırıb.

Braziliyadan Hollandiyaya narkotik daşıdığı üçün Europolun ən çox axtarılanlar siyahısında olan 32 yaşlı holland qaçaqmalçı Marko Ebben yeni göndəriş üçün Meksikaya gedib.

Meksikada qəfil yoxa çıxan Ebbenin cəsədi paytaxt Mexiko yaxınlığındakı Atizapan de Saragosada tapılıb.

Şahidlərin sözlərinə görə, Ebben Plaza Antiquada zirehli maşınına doğru hərəkət edərkən iki silahlının hücumuna məruz qalıb.

Bədəninə dəyən ən azı 15 güllə ilə həyatını itirən qaçaqmalçının cəsədi dayanacaqda iki avtomobilin arasında qalmış vəziyyətdə tapılıb.

Seçilən
14
aznews.az

1Mənbələr