AZ

Braziliyada 26 yaşlı futbolçu oyundan əvvəl öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın "XV de Jau" klubunun 26 yaşlı futbolçusu Qabriel Popo "Unian Suzano" ilə oyundan bir neçə saat əvvəl məşq bazasında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "Footboom" məlumat yayıb.
Qeyd olunur ki, futbolçuya bütün lazımi tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.
Məlumata görə, "XV de Jau"nun yarımmüdafiəçisini komanda yoldaşı otaqda tapıb. Futbolçu artıq huşunu itirmiş vəziyyətdə olub. Əvvəlcə klubun həkimləri, sonra isə təcili tibbi yardım işçiləri Qabriel Poponun həyatı üçün mübarizə aparıblar.
Üçüncü Paulista divizionun "XV de Jau" və "Unian Suzano" arasında keçiriləcək matç təxirə salınıb.
Hazırda polis futbolçunun ölümünün səbəbini araşdırır.
Seçilən
54
36
oxu.az

10Mənbələr